Zəlimxan Yaqub - "Səni sevmək üçün gəldim dünyaya..."
Tamamlandı Konsert- Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu
- 24 yan 2026 - 24 yan 2026
Azərbaycan ədəbiyyatının və poeziyasının sevilən siması, sözün və könlün ustadı Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığına ithaf edilmiş ədəbi-bədii musiqili gecədə şairin misraları musiqinin qanadında səslənəcək, sazın pıçıltısı, şeirin səmimiyyəti və sözlərinə yazılmış mahnılarının ahəngi birləşərək tamaşaçıların qəlbinə yol tapacaq.
“Səni Sevmək Üçün Gəldim Dünyaya” adlı bu tədbir yalnız bir konsert deyil, həm də milli poeziyamızın və musiqimizin vəhdətindən doğan bir mənəvi bayram olacaq. Gecədə ustadın ölməz misraları sənətkarların dilindən səslənəcək, sevilən mahnılar canlı ifada tamaşaçılarla bölüşüləcək, sazın-sözün gücü ilə unutmaq olmaz bir sənət məclisi yaranacaq.
Tədbirdən sonra materiallar
Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.