“Uçan xalça” marionet kukla teatr tamaşası
Tamamlandı Tamaşa- Azərbaycan Milli Xalça Muzeyi
- 20 yan 2026 - 27 yan 2026
“Şuşa ili” münasibətilə muzeyin Uşaq şöbəsi tərəfindən səhnələşdirilən “Uçan xalça” marionet tamaşası uşaqlar arasında Azərbaycan xalça sənətinin təbliği və onların milli-mədəni irsimizə sevgi ruhunda tərbiyəsi məqsədi daşıyır. Tamaşada Nabat nənə nəvəsi Ömərlə sehirli xalça dünyasına səyahət edərək, vətənimizin müxtəlif bölgələrinin xalça naxışları ilə tanış olur. “Uçan xalça” nağılı və onun əsasında hazırlanan ssenari, səhnə tərtibatı, həmçinin marionet kuklalar muzey əməkdaşları və muzeyin nəzdində fəaliyyət göstərən Uşaq Birliyinin üzvləri tərəfindən ərsəyə gətirilib.
Tədbirdən sonra materiallar
Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.
Keçiriləcəyi yer
Azərbaycan Milli Xalça Muzeyi- Bakı ş., Mikayıl Useynov pr-ti, 28
- +994) 12-497-20-16
- +994) 12-497-20-57
- mail@azcarpetmuseum.az
- https://azcarpetmuseum.az/