image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
"Qar Kraliçası"

"Qar Kraliçası"

Tamamlandı Tamaşa
  • Azərbaycan Dövlət Kukla Teatrı
  • 28 yan 2026 - 28 yan 2026




Yeni Nağıllar kolleksiyasına daxil edilən və Hans Xristian Andersene xüsusi məşhurluq gətirən “Qar kraliçası” nağılı ilk vaxtlar buz ürəyi olan bir qadınla əlaqəli əhəmiyyətsiz bir hekayə kimi kitab mağazalarında dolaşsa da sonradan sürətlə populyarlaşdı. Əsasında bir neçə məşhur animasiya filmi çəkilən, dünyanın müxtəlif teatrlarında uğurla səhnəyə qoyulan tamaşa Azərbaycan Dövlət Kukla Teatrının repertuarına ötən ildən daxil edilib.

Birhissəli uşaq tamaşasında hadisələr amansız qadının qəsrində baş verir. Əbədi yaşamaq, gözəl qalmaq və hökm etmək üçün hətta bütün dünyanı belə buza döndərmək istəyən qadın və xeyirxah qızın hekayəsi kukla teatrının səhnəsində özünəməxsus təsvir çalarları ilə təqdim olunur. İşıq və səs effektləri, əlavə vizual vasitələr ilə müasir uşaqlara animasiya elementləri ilə əsl kukla tamaşası zövqünü yaşadır.

Tədbirdən sonra materiallar

Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.

"Azərbaycan Dövlət Kukla Teatrı"