Bayquş gəldi,yaxud bir az məhəbbətdən danışaq
Tamamlandı Tamaşa- Akademik Milli Dram Teatrı
- 22 yan 2026 - 22 yan 2026
İnsan həmişə məhəbbət axtarır. Tapanda sevinir, xoşbəxt olur. Məhəbbət puç olanda isə kədərlənir, dərdə düşür. Təəssüf ki, daim arzulanan məhəbbət insana sonradan göz yaşı bəxş edir.
Tamaşanın qəhrəmanları ömürlərinin yarısını yaşamış olsalar belə, hələ də çatmadıqları məhəbbəti axtarırlar. Ailə sahibləridirlər, bəzilərinin hətta yetkinlik yaşına çatmış övladları da var. Amma məhəbbət yoxdur... İş var, karyera var, cəmiyyətdə hörmət var, hətta ətrafdakılar onlara həsəd də aparır. Amma məhəbbət yoxdur...
Heç bir hörmət, maddi rifah məhəbbəti əvəz etmir. Hətta anlayırlar ki, məhəbbət göz yaşları gətirir. Amma yenə də onu axtarır, ona doğru can atırlar. Və bu axtarışda ailələr dağılır, faciələr baş verir.
Bayquş əsasən xarabalıqda peyda olur. Ya da lap qədimlərdə deyildiyi kimi bədbəxtlik gətirir. Demək, bu yaşayış məntəqəsi gələcəkdə xarabaya çevrilə bilər.
Tamaşanın səhnələşdirmə müəllifi və quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Tədbirdən sonra materiallar
Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.