image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Sound of Caucasus

Sound of Caucasus

Tamamlandı Konsert
  • “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi
  • 31 yan 2026 - 31 yan 2026




Bu qış musiqini zirvəyə aparırıq — 31 yanvar tarixində sizi dağların qoynunda unudulmaz bir festival gözləyir.

Tədbir Qəbələdə, Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksində baş tutur. Günorta saatlarından etibarən dağ havası, geniş panoramalar və House musiqinin müxtəlif üslublarında canlı performanslar bir araya gəlir. DJ setləri və qrupların çıxışları ilə ritm gün boyu sizi əhatə edəcək.

 👉 Qatarla gedilən ilk və tək festival – Səyahət elə yolun özündən başlayır.

Keçən il böyük maraqla qarşılanan bu görüş, bu il daha geniş, daha güclü və daha yaddaqalan formatda qayıdır. Musiqi, təbiət və kollektiv enerji bir nöqtədə birləşir.

Festival ərazisində qonaqlar üçün rahat Chill Zone mövcuddur. Burada istirahət etmək, fasilə zamanı dincəlmək və gün boyu enerjini qorumaq üçün hər cür şərait yaradılıb. Tədbirin qidalanma infrastrukturu güclüdür — müxtəlif mətbəxləri əhatə edən dadlı yemək seçimləri, isti və soyuq içkilər, eləcə də fərqli zövqlərə uyğun menyular festival boyu qonaqların rahat və keyfiyyətli şəkildə qidalanmasını təmin edir.

Proqram:

DJ Pancho
DJ Juli
GR3Y Band

Transferlər tədbirin proqramına uyğun olaraq iki istiqamətdə təşkil olunur:

🚄 Qatarla Nəqliyyat
   Gediş 

• 06:00 – 10:30 Bakı (Bakı Dəmiryolu Vağzalı) → Qəbələ (Qəbələ Dəmiryolu Vağzalı)
• 10:30 – 11:00 Qəbələ (Qəbələ Dəmiryolu Vağzalı) → Tufandağ

  Qayıdış 

•18:00 – 18:30 Tufandağ → Qəbələ (Qəbələ Dəmiryolu Vağzalı)
• 19:00 – 23:30 Qəbələ (Qəbələ Dəmiryolu Vağzalı) → Bakı (Bakı Dəmiryolu Vağzalı)

Tədbirin *Kanat bileti yalnız tədbir ərazisinə 1 dəfə qalxış və 1 dəfə eniş üçün keçərlidir. Əlavə gediş-gəliş üçün ayrıca kanat bileti alınmalıdır.

*Qatara yanlız bilet ilə daxil ola bilərsiniz, qatar 06:00 yola düşəcəkdir.

Tədbirdən sonra materiallar

Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.

"“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi"

Keçiriləcəyi yer

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi İstiqamət al