image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Yeddi gözəl

Yeddi gözəl

Tamamlandı Konsert
  • Heydər Əliyev Sarayı
  • 03 fev 2026 - 03 fev 2026


Qara Qarayev “YEDDİ GÖZƏL”

(3 pərdəli balet)

Libretto müəllifləri:
Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında — Y. Slonimski, R. Axundova, M. Məmmədov

Quruluşçu-baletmeysterlər:
Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədov

Repetitorlar:
Xalq artistləri Mədinə Əliyeva, Gülağası Mirzəyev
Əməkdar artistlər Fərid İbrahimov, Makar Ferştandt, Yuriy Lobaçev

Quruluşçu-rəssamlar:
SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov
Əməkdar mədəniyyət işçisi Tehran Babayev

Dirijor:
Əməkdar artist Əyyub Quliyev

İfaçılar

Bəhram – Timur Oduşev
Ayşə – Yuliya Ferştandt
Vəzir – Seymur Qədiyev
Gözəllər gözəli – Ayan Eyvazova
Hind gözəli – Məryam Şabakayeva
Bizans gözəli – Səbinə Hacıdadaş
Xorəzm gözəli – Nigar Əliyeva
Slavyan gözəli – Liana Praga
Məğrib gözəli – Əməkdar artist Elmira Süleymanova
Çin gözəli – Zəhra Tanrıverdiyeva

Birinci pərdə

Gənc şah Bəhram gəncliyin sevinci, dostluq və məhəbbət dolu günləri ilə yaşayır. Lakin qaranlıq niyyətli vəzir onu aldadıcı xəyallara çəkərək, həm xalqdan, həm də sevdiyi Ayşədən uzaqlaşdırır.

İkinci pərdə

Yeddi gözəlin sehrinə düşən Bəhram illüziyaların əsirinə çevrilir. Lakin xalqın fəryadı və Ayşənin səsi onu ayıldır. O, yalançı aləmdən xilas olub, vəzirin zülmünə son qoyur.

Üçüncü pərdə

Zülm altında əzab çəkən xalq üsyana qalxır. Bəhram vəziri məhv etsə də, Ayşəni itirir. Sonda anlayır ki, həqiqi xoşbəxtlik nə taxtda, nə də hakimiyyətdədir — o, sevgi və xalqla bir olmaqda gizlidir.

Tədbirdən sonra materiallar

Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.