image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Qızıl cücə

Qızıl cücə

Tamamlandı Uşaqlar
  • Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
  • 25 yan 2026 - 25 yan 2026


"Qızıl cücə"

Yaş həddi: 1+

Müəlliflər: V. Ulyanovski və V. Orlov

Janr: Nağıl-tamaşa

Dil: Rus

Quruluşçu rejissor: Azərbaycan Respublikasının Əməkdar artisti Svetlana Bulax

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rus bölməsi tərəfindən hazırlanan “Qızıl cücə” tamaşası maraqlı və rəngarəng süjeti ilə seçilir.

Bir gün tülkü eşidir ki, nənə ilə babanın kürt toyuğu qızıl yumurtanın üstündə oturub. Bu xəbəri öyrənən hiyləgər tülkü canavarı aldadaraq onu da işə qoşur və birlikdə həmin yumurtanı oğurlayırlar. Əlindən iş gəlməyən tənbəl tülkü yenidən hiyləyə əl atır və canavarı həmin yumurtanın üstündə oturmağa razı salır. Onlar inanırlar ki, yumurtadan qızıl cücə çıxacaq və bu cücəni çoxaldaraq varlanacaqlar. Lakin vaxtı çatanda yumurtadan fərə deyil, balaca xoruz çıxır. Bundan sonra isə tülkü ilə canavarın aralarında ixtilaf yaranır.

Tamaşanın əsas ideyasında mərhəmət, qayğı və sevgi dayanır. Səhnə əsəri 27 fevral 2016-cı ildən teatrın repertuarındadır.a

Tədbirdən sonra materiallar

Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.

"Azərbaycan Dövlət Akademik Musiqili Teatrı"

Keçiriləcəyi yer

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı İstiqamət al

Digər tədbirlər

  • Əlaqəli tədbir tapılmadı