Düyməcik
Tamamlandı Uşaqlar- Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
- 31 yan 2026 - 31 yan 2026
Hans Xristian Andersen. “Düyməcik”
Yaş həddi: 3 +
Müəllif: Hans Xristian Andersen
Quruluşçu rejissor: Ayla Osmanova
Tərcümə edən: Ayla Osmanova
Baş rolların ifaçıları: Aydan Həsənzadə, Ramil Şamiloğlu, Xəyalə Qasımova, Anar Seyfullayev, İradə Rəşidova, Könül Əbilova, Elgün Yəhyayev, Mətləb Abuşov
Janr: nağıl-tamaşa
Tamaşanın müddəti: birhissəli, 50 dəqiqə
Səhnədə yazıçının masası var. Üstündə şam yanır, onun qələmi – Qələm (Qız), yazdığı vərəq –Vərəq (Oğlan) da masanın üstündədir. Qaranquş isə pyesin müəllifi, möhtərəm yazıçı Andersonu axtarır. Tapa bilmədiyi üçün uşaqlara deyir ki, bu nağılı özüm sizə danışacağam.
Qaranquşun danışdığı sehirli nağılda mərhəmətli Qadın ana olmaq arzusu ilə Sehirbazın yanına gedir. Sehirbaz Qadına buğda dənəsi verir. Buğda dibçəyə basdırılır. Lakin bizim nağılımızın qəhrəmanı gəlmir. Bax, bu zaman səhnədə sehirli, həm də çox maraqlı uşaq nağılı canlanmağa başlayır, Düyməcik uşaqların görüşünə gəlir.
Maraqlı hadisələrlə zəngin olan bu tamaşada Düyməcik çox sınaqlardan keçir. Hər dəfə də xeyirxah dostların köməyi ilə xilas olur.
“Düyməcik” nağılı uşaqlara belə bir mesaj ötürür ki, həyatda öz yerini tapmaq üçün səmimi qəlbin, xeyirxah əməllərin olmalıdır. O zaman mütləq xoşbəxtliyə çatarsan.
Tədbirdən sonra materiallar
Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.
Digər tədbirlər
-
Əlaqəli tədbir tapılmadı