image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Şam işığında: Retro axşamı

Şam işığında: Retro axşamı

Tamamlandı Konsert
  • Kamera və orqan musiqisi zalı
  • 24 yan 2026 - 24 yan 2026


Yeni ildə minlərlə şam işığının sehrində yeni bir təcrübəyə hazırsınızmı?

Londondan Parisə, Nyu-Yorkdan İstanbula – dünyanın dörd bir yanında milyonlarla insanın heyranlıqla izlədiyi, tarixi tikililərdə və unikal məkanlarda şam işığında keçirilən musiqi konsertləri ənənəsi artıq Bakıda! 🌎

24 yanvar tarixində Azərbaycan klassiklərinin qızıl dövrünə həsr olunmuş retro axşamı Kamera və Orqan Musiqisi Zalında, Candlelight Retro Ensemble ifasında şam işığında təqdim olunacaq. Bu xüsusi gecədə Azərbaycan estradasının və klassik vokal ənənəsinin ən dəyərli nümunələri retro ruhunda, zərif və emosional interpretasiyada səslənərək dinləyiciləri nostalji və xatirələrlə dolu bir musiqi səyahətinə aparacaq.

Candlelight Retro Ensemble – Candlelight Baku tərəfindən xüsusi olaraq formalaşdırılmış, üç fərqli vokalist və instrumental tərkibdən ibarət seçilmiş musiqi ansamblıdır. Ansamblın tərkibinə fortepiano, piano, zərb alətləri, tar və kamança daxildir. Kollektivin zəngin səhnə təcrübəsi, üslublararası balansı və canlı interpretasiya üslubu retro repertuarı müasir Candlelight atmosferində yenidən canlandıraraq, hər ifanı minlərlə şam işığı fonunda emosional və yadda qalan bir musiqi təcrübəsinə çevirir.

⏳ Müddət:  60 dəqiqə (Qapılar 15 dəqiqə öncədən açılır, vaxtında gələrək müvafiq yerlərinizi tutmağınızı xahiş edirik.)

♿ Əlçatanlıq: Məkan əlil arabası üçün əlçatandır.

🕯️Şam işığında Azərbaycanın ən gözəl tarixi məkanlarında unudulmaz musiqi axşamlarını yaşamaq üçün bizi izləyin və bu sehrli təcrübəyə qoşulun!

 

 

Tədbirdən sonra materiallar

Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.

"Kamera və orqan musiqisi zalı"

Keçiriləcəyi yer

Kamera və orqan musiqisi zalı İstiqamət al