Şam işığında: Motsart axşamı
Tamamlandı Konsert- Azərbaycan Dövlət Akademik Filarmoniyası
- 25 yan 2026 - 25 yan 2026
Candlelight Baku – Şam İşığı konsertlərinin yanvar buraxılışını təqdim edir!
25 yanvar tarixində klassik dövrün dahisi Volfqanq Amadey Motsartın ölməz əsərləri ilk dəfə Azərbaycan Dövlət Akademik Filarmoniyasında şam işığında, Candlelight Kamera Orkestrinin canlı ifasında səslənəcək.
Londondan Parisə, Nyu-Yorkdan İstanbula – dünyanın dörd bir yanında milyonlarla insanın heyranlıqla izlədiyi, tarixi tikililərdə və unikal məkanlarda şam işığında keçirilən musiqi konsertləri ənənəsi artıq Bakıda!
Candlelight Kamera Orkestri – Candlelight Baku tərəfindən xüsusi olaraq formalaşdırılmış, beynəlxalq və respublika müsabiqələrinin laureatları, həmçinin Əməkdar Artistlərdən ibarət yüksək peşəkar bir kollektivdir. Onların virtuoz ifa tərzi, dəqiqliyi və səhnə ustalığı hər çıxışı minlərlə şam işığının fonunda unudulmaz bir musiqi təcrübəsinə çevirir.
⏳ Müddət: 60 dəqiqə (Qapılar 20 dəqiqə öncədən açılır, vaxtında gələrək müvafiq yerlərinizi tutmağınızı xahiş edirik.)
♿ Əlçatanlıq: Məkan əlil arabası üçün əlçatandır.
🕯️Şam işığında Azərbaycanın ən gözəl tarixi məkanlarında unudulmaz musiqi axşamlarını yaşamaq üçün bizi izləyin və bu sehrli təcrübəyə qoşulun!
Tədbirdən sonra materiallar
Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.
Keçiriləcəyi yer
Azərbaycan Dövlət Akademik Filarmoniyası- İstiqlaliyyət küçəsi 10, Bakı, Azərbaycan
- +994 12) 497 36 09
- info@filarmoniya.az
- http://www.filarmoniya.az