Arif Babayev - Teatrın tarixi simaları
Tamamlandı Konsert- Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
- 09 fev 2026 - 09 fev 2026
Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş ustad xanəndə, Xalq artisti Arif Babayevin əziz xatirəsinə həsr olunmuş bu gecədə onun sənət məktəbinin davamçıları – Xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova; Əməkdar artistlər – Gülüstan Əliyeva, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva, Elnur Zeynalov və İlkin Əhmədov ustadın sənət yoluna ehtiramlarını ifaları ilə ifadə edəcəklər.
Solistləri tarda Xalq artisti Elçin Həşimov, kamançada isə Əməkdar artist Elnur Əhmədov müşayiət edəcəklər.
Tədbirdən sonra materiallar
Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.